Simsar.az | bizi özünüzə Simsar bilin
Məhəmməd əl-Baradei Hüsnü Mübarəki istefa verməyə çağırıb

Qahirədə min nəfərə yaxın nümayişçi Daxili İşlər Nazirliyinin binasına hücum etməyə cəhd edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, binanı mühafizə edən polis kütləyə atəş açıb.

Hakim Hüsnü Mübarək rejiminin simvolu sayılan DİN binası xalq tərəfindən “işgəncə evi” adlandırılır. Nümayişçilər hökumətinin istefasının yetərli olmadığını, prezident Mübarəkin istefa verməli olduğunu bildirirlər.

Misir müxalifətinin lideri, Beynəlxalq Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Məhəmməd əl-Baradei də Hüsnü Mübarəki istefa verməyə və hakimiyyətin təhvil verilməsi üzrə planı razılaşdırmağa çağırıb. O, “əl-Cəzirə” telekanalına telefonla müsahibəsində bildirib ki, yalnız prezidentin istefası ölkədəki iğtişaşlara son qoya bilər: “Mübarəkin sistemi Misir xalqının siyasi, iqtisadi və sosial tələblərinə cavab verə bilmədi. Biz azadlıq, demokratiya və sosial ədalətə əsaslanan yeni Misir qurmaq istəyirik”.

29 Yanvar, 2011  23:29 Baxılıb: 1840

Bu bölmədə