Simsar.az | bizi özünüzə Simsar bilin
Misir hökuməti rəsmən istefaya gedib

Misirdə komendant saatını vaxtı uzadılıb. APA-nın AFP-yə istinadən xəbərinə görə, Qahirə, Misir və İsgəndəriyyə şəhərlərində saat 16:00-dan 08:00-a komendant saatı elan olunub.

Qeyd edək ki, Misirdə komendant saatı yanvarın 28-dən elan olunub və 18:00-dan 07:00-a qədər küçəyə çıxmaq qadağan olunub. Lakin həmin gün bu qərara əməl edən olmayıb. Yanvarın 29-da isə hərbçilər israrla əhalini komendant saatının tələblərinə əməl etməyə çağırıblar.

Bir qədər əvvəl isə Əhməd Nəzifin başçılıq etdiyi Misir hökuməti formal qərar qəbul edərək, rəsmən istefaya gedib. Yeni hökumətin tərkibinin yaxın saatlarda elan olunması gözlənilir.

Xatırladaq ki, Misir prezidenti Hüsnü Mübarək bu gecə televiziya ilə xalqa müraciətində dinc nümayişçilərə qarşı güc işlətməmək barədə göstərişini yerinə yetirmədiyinə görə Misir hökumətini istefaya göndərdiyini bəyan edib. Bununla razılaşmayan nümayişçilər isə 30 ildir hakimiyyətdə olan Hüsnü Mübarəkin özünün istefaya getməsini tələb edirlər.

29 Yanvar, 2011  21:38 Baxılıb: 1823

Bu bölmədə