Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnu Mübarəkin Xırdalandakı heykəli necə olacaq ?

Qahirədə devirirlər, Xırdalanda fironluq eləyir...

Xırdalanda Hüsnü Mübarəkin heykəlini mühafizə polisi qoruyur 

Son günlər Misirdə vəziyyətin dəyişməsi bütün dünyanın diqqət mərkəzinə çevrilib. Simsar.az-ın əməkdaşı belə bir vaxtda Bakıda heykəli olan Hüsnü Mübarəkə “baş çəkmək” istəyib. Xırdalanda Misir parkında heykəli ucaldılan Hüsnü Mübarəkin heykəlindən fotosessiya hazırlamaq isə jurnalistə asan başa gəlməyib. Belə ki, Misir parkının yanında mühafizə polisinin keşik çəkdiyi, parkın əsas girişlərinin, heykəlin ətrafının iplə əhatəyə alınaraq bağlandığı məlum olub. Jurnalist şəkil çəkərkən yaxınlaşan mühafizəçi ona mane olmasa da, ərazinin qorunduğunu bildirib. Biz əlavə izahatlara yol vermədən, indiki məqamda oxucular üçün maraqlı olar deyə Hüsnü Mübarəkin Xırdalandakı heykəlindən fotosessiyanı təqdim edirik.

29 Yanvar, 2011  19:44 Baxılıb: 1808

Bu bölmədə