Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda yük maşını yandı

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib

Ukraynadan Bakıya yük gətirən “traler” bu gün Nərimanov rayonu ərazisində yanıb. 


Hadisə nəticəsində sürücü ağır xəsarət alıb. Ukrayna vətəndaşına məxsus AE 0987 BE nömrə nişanlı “Reno Fura” markalı avtomobildə qısa qapanma nəticəsində yanğın olub.
Nərimanov Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarənin növbətçi hissəsindən Lent.az-a bildiriblər ki, hadisə bu gün səhər saatlarında 17-ci Polis Bölməsinin ərazisində baş verib.

17-ci Polis Bölməsindən isə bildiriblər ki, Ukrayna vətəndaşı olan sürücü yükü “Şinzavod” üçün gətirirmiş. Zavoda çatmamış “traler”də gözlənilmədən yanğın baş verib. Hazırda hadisə yerində araşdırma aparılır. Sürücü isə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

29 Yanvar, 2011  16:57 Baxılıb: 1793

Bu bölmədə