Azərbaycanın nəqliyyat naziri nəqliyyat sahəsində bəzi qurumların fəaliyyətindən narazı qalıb
APA-ECONOMICS. Azərbaycan Nəqliyyat Nazirliyində «Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2010-cu ilin yekunları və 2011-ci ildə nəzərdə tutulan tədbirlər»ə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki, son illərdə Azərbaycan bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Z. Məmmədov 2010-cu il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb, 2010-cu ilin yekunları və 2011-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib.
29 Yanvar, 2011 16:32 ⁄ Baxılıb: 3013
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |