Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Bronislav Komorovski ilə görüşüb

İsveçrədə işgüzar səfərdə olan prezident İlham Əliyev Polşa Respublikasının prezidenti Bronislav Komorovski ilə görüşüb.

Bu görüşə böyük əhəmiyyət verdiklərini deyən Azərbaycan və Polşa prezidentləri ölkələrimiz arasında uğurlu əməkdaşlığın davam etdiyini vurğulayıblar. Görüşdə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında, xüsusilə də “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyəti, o cümlədən Polşanın bu istiqamətdə dəstəyi qeyd olunub. 

Dövlət başçısı Azərbaycan ilə Polşa arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu deyən İlham Əliyev bildirib ki, Azərbaycan və Polşa siyasi, iqtisadi və müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Dövlət başçıları münasibətlərin bundan sonra da inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini Azərbaycana səfərə dəvət edib.

28 Yanvar, 2011  23:59 Baxılıb: 1739

Bu bölmədə