Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni evlənən gənc faciəli şəkildə öldü

Kürdəmir sakinini elektrik cərəyanı vurub

Yanvarın 27-dən 28-nə keçən gecə Kürdəmirdə bədbəxt hadisə baş verib.
Rayon Polis Şöbəsindən Simsar.az-a verilən məlumata görə, Kürdəmir şəhər sakini 1986-cı il təvəllüdlü Abıyev Rəfael Ərəstun oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb. Verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Çöhranlı kəndi yaxınlığındakı “Ceyran Koperativi”nin ərazisində qeydə alınıb. Belə ki, R.Abıyev həmin ərazinin yaxınlığında yerləşən və qayınatasına aid olan fermaya gedib. Gecə saatlarında fermanın işığı qəfildən kəsilib. Bunu görən 25 yaşlı oğlan yaxınlıqdakı transformatorun yanına gedib və elektrik verilişini bərpa etməyə çalışıb.

Bədbəxt hadisə də elə bu zaman baş verib.

Qeyd edək ki, R.Abıyev yeni ailə həyatı qurubmuş.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

28 Yanvar, 2011  23:59 Baxılıb: 1781

Bu bölmədə