Ramiz Rzayev: “Milli məhkəmələr öz vətəndaşlarının hüquqlarını elə qorumalıdırlar ki, Avropa Məhkəməsinə göndərilən işlərin sayı azalsın”
“Azərbaycan Avropa Şurasının üzvüdür. Bizim təşkilata üzvlüyümüzün 10 ili tamam oldu. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındayıq. Təbii ki, məhkəmənin təcrübəsi bizim üçün çox önəmlidir. Çünki biz Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq. Biz bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu mükəmməl öyrənirik. Azərbaycan prezidentin bununla bağlı sərəncamı da var. Presidentlərin öyrənilməsi və tətbiq edilməsi məhkəmələrimizə tövsiyə edilib”. APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Strasburqda jurnalistlərə açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib. Azərbaycanda yerli məhkəmələrə Avropa Məhkəməsinin presedentlərini öyrənilməsi ilə bağlı tövsiyə verdiklərini qeyd edən R. Rzayev bu sahədə bir sıra tədbirlərin keçirildiyini də deyib: “Ən əsası odur ki, altı ildən çoxdur hər həftənin ikinci günü Ali Məhkəmədə bununla bağlı seminarlar keçirilir. Bu sahədə biz Avropa Məhkəməsinin hakimləri ilə də sıx əlaqələr saxlayırıq, onları Bakıya dəvət edirik ki, gəlib konfranslar keçirsinlər və bizim üçün maraqlı məsələlər barədə fikir mübadiləsi aparsınlar. Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri öncəsi də belə bir konfrans keçirildi. Bu il də belə əlaqələr yaratmağı nəzərdə tuturuq. Bu bizim üçün çox önəmlidir”.
28 Yanvar, 2011 23:35 ⁄ Baxılıb: 2390
Bu bölmədə1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA31 İyul, 2023 DSX-nin əsgəri dünyasını dəyişib22 Noyabr, 2022 Lənkəranda narkotik satışına görə 19 nəfər saxlanılıb |