Parlamentdəki müxalifətçilər püşk atacaqlar
9 partiyadan 6-sı yeni MSK-da olmalıdır Mövcud Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyət müddəti fevralın 7-də başa çatacaq. Yeni formalaşdırılacaq MSK-nın tərkibində 6 yer hakim partiyaya, 6 yer bitərəflərə, 6 yer isə parlamentdə təmsil olunan və azlıq təşkil edən partiyalara aiddir. Amma axırıncı 6 yerə sahib olmaq uğrunda parlamentdəki müxalifət partiyalarının arasında narazılığın yarandığı qeyd olunur. Çünki parlamentdə 9 müxalifət partiyasının nümayəndələri təmsil olunurlar. Onlardan 6-sı MSK-da təmsil olunacaq. 3 partiya isə kənarda qalacaq. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ana Vətən Partiyası (AVP) isə 2 nümayəndə ilə parlamentdə təmsil olunur. Onların yeni formalaşacaq MSK-da təmsil olunacaqları şübhəsizdir. Qalan 4 yer uğrunda isə 7 partiya mübarizə aparacaq. Onlar Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Quruluş Partiyası, Demokratik islahatlar partiyası Sosial Rifah Partiyası, Ədalət Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyasıdır.
28 Yanvar, 2011 20:14 ⁄ Baxılıb: 1813
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |