Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbər Siyavuş Novruzovdan danışmaq istəmədi

«Onun fikirlərinə ümumiyyətlə münasibət bildirmək istəmirəm»

«Müsavat Partiyasında bir-iki nəfərin qalacağı barədə səslənən fikirlərə qeyri-ciddi yanaşıram». Bunu Simsar.az-a açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi. Qeyd etdi ki, Siyavuş Novruzovun Müsavat Partiyası haqqında nə deməsi onu ilgiləndirmir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya müsahibəsində «inanmıram ki, bu partiyanın qurultayı keçirilsin, çünki qurultaya qədər orada heç kim qalmayacaq» deyib.
Eyni fikirləri Müsavat Partiyası funksioneri Nəsib Nəsibli də bir müddət öncə «Yeni Müsavat»a müsahibəsində bildirmişdi.
Partiyanın digər funkisoneri Hikmət Hacızadə də Müsavatdan istefaların davam edəcəyini söyləyib.


RUSLAN

28 Yanvar, 2011  19:10 Baxılıb: 1878

Bu bölmədə