Simsar.az | bizi özünüzə Simsar bilin
Metyu Brayzanın andiçmə mərasimi keçirilib

Yanvarın 27 Bakı vaxtı ilə saat 22:00-da ABŞ Dövlət Departamentində ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayzanın andiçmə mərasimi keçirilib.

Əlverişsiz hava şəraiti səbəbindən bir çox dövlət müəssisələrinin bağlanılmasına baxmayaraq mərasim baş tutub. Tədbir mətbuat üçün qapalı şəraitdə keçirilib. 

Mərasimə ABŞ Dövlət katibi Hillari Klinton və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Berns də iştirak edib.

Metyu Brayzanın iki həftə içində Bakıya gələcəyi gözlənilir.

28 Yanvar, 2011  16:16 Baxılıb: 1774

Bu bölmədə