Brayzanın məsələsi yenidən senata göndərildi
Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiqlənmək üçün yenidən Senata göndərilib. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, 2010-cu il dekabrın 30-da prezident Barak Obama müstəsna səlahiyyətlərindən istifadə edərək Konqresin tətil günlərində, Senatın təsdiqi olmadan 6 təyinat barədə sərəncam imzalayıb. Bunlardan biri də M. Brayzanın Azərbaycanda səfiri təyinatı olub.
28 Yanvar, 2011 15:50 ⁄ Baxılıb: 1807
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |