Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın adı daha bir "qara siyahı" da

Avropa Məhkəməsinin qərarlarından yayınan ölkələrin siyahısı açıqlanıb

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Avropa İnsan Hüquqları Konvensiyasının dəfələrlə pozulmasına səbəb olmuş, Avropa Məhkəməsinin qərarlarının icrasından yayınan ölkələrin siyahısını açıqlayıb. 

Bunlar Bolqarıstan, Yunanıstan, İtaliya, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Ukraynadır.

AŞ PA-da qəbul olunan qətnamədə deyilir ki, əsas problemlər şübhəli şəxslərin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən öldürülməsi və ya pis rəftarı, qanuna zidd həbslər, hüquqi proseduraların uzadılmasıdır.

«Bu problemlərin həlli Strasburq Məhkəməsinə daxil olan şikayətlərin azalmasına səbəb olacaq», - deyə qeyd olunur.

Qətnaməyə görə, bu problemlərin daha çox olduğu ölkələrə Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Hersoqovina, Gürcüstan və Serbiya daxildir.

27 Yanvar, 2011  22:01 Baxılıb: 1826

Bu bölmədə