Simsar.az | bizi özünüzə Simsar bilin
Şeyxdən "təvəzökar" addım

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Sülh üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülüb.

İdarənin mətbuat katibi Rəhimə Dadaşovanın sözlərinə görə, lazım olan sənədlər artıq Nobel mərkəzinin Beynəlxalq İnformasiya Bürosuna təqdim edilib. Bu sənədlərdə QMİ sədrinin Çeçenistanda sülhün bərqərar edilməsi naminə, Azərbaycanda müsəlmanlar arasında birliyə nail olunması üçün gördüyü işlər qeyd olunur. 

Qeyd edək ki, 2010-cu ildə sülh üzrə Nobel mükafatı çinli dissident Lyu Syaoboya, ondan öncə isə ABŞ prezidenti Barak Obamaya verilib.

27 Yanvar, 2011  21:55 Baxılıb: 1946

Bu bölmədə