Simsar.az | bizi özünüzə Simsar bilin
Tükürpədici olay

3 yaşlı körpə təndirdə yandı

Yanvarın 26-da Göyçayda dəhşətli hadisə baş verib. Rayon Prokurorluğundan Simsar.az-a verilən məlumata görə, Alpout kəndində evlərin birinin həyətində 2008-ci ildə anadan olmuş Aydan Qarayeva təndirə düşüb. Körpə aldığı yanıq xəsarətlərindən yerindəcə keçinib.


Məlumatda bildirilir ki, körpənin nənəsi təndiri qalayıb. Az sonra qadın hazırladığı kündələri gətirmək üçün evə yollanıb. Bu zaman balaca Aydan təndirə baxmaq istəyib və qəfildən alovun içərisinə yuvarlanıb. Ailə üzvləri hadisədən xəbər tutduqda isə artıq gec olub.


Faktla bağlı araşdırma aparılır.

27 Yanvar, 2011  20:02 Baxılıb: 1811

Bu bölmədə