Simsar.az | bizi özünüzə Simsar bilin
Bir sıra kənd təsərrüfatı malları ƏDV və gömrük rüsumundan azad edilib

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana gətirilən bir sıra mal və avadanlıqlar əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azad olunub.

Qanunvericiliyə edilmiş dəyişikliklər ölkədə qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin artırılması, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi daşıyır.

İDXAL GÖMRÜK RÜSUMUNDAN VƏ ƏDV-DƏN AZAD OLUNAN MALLARIN SİYAHISI

Safqanlı cins iribuynuzlu heyvanlar,
Safqanlı cins qoyunlar,
Safqanlı cins keçilər
Çəkisi 185 qr-dan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqları (Gallus domesticus)
Əkin üçün soya paxlalı bitkilər
Əkin üçün günəbaxan toxumu
Əkin üçün şəkər çuğunduru toxumu
Əkin üçün qırmızı üçyarpaq yonca toxumu (Trifolium pretense L.)
Əkin üçün yem çuğundurunun toxumu (Beta vulgaris var.alba)
Gübrələr
Kənd təsərrüfatında istifadə edilən insektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr (3808 94 mal mövqeyində göstərilən dezinfeksiyaedici vasitələrdən başqa)
Kənd təsərrüfatı məhsulları üçün quruducular
Süd separatorları
Qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar
Ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar
Ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri
Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular, daşınan və digər qurğular
Xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
Xüsusi olaraq kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün maşınlar (8432 80 000 0 mal mövqeyində sinifləşən qazon və ya idman meydançaları üçün katoklar istisna olmaqla)
Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, press-çeşidləyici, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar
Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar
Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər
Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa
Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya uçucu olmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa

Bu qərar 2011-ci il martın 1-dən qüvvəyə minir və üç il müddətində qüvvədədir.

27 Yanvar, 2011  18:08 Baxılıb: 2213

Bu bölmədə