Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyada azərbaycanlı biznesmen güllələnib

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı iş adamı güllələnib.

Hadisə yanvarın 27-də yerli vaxtla səhər saat 4-də baş verib. 8-Ci Vozduşnaya Armiya küçəsi 37 saylı binanın qarşısında killer Azərbaycandan olan iş adamına atəş açıb.
Zərərçəkən bildirib ki, evə qayıdırmış. Avtomobilini dayanacağa qoyub, binanın giriş qapısına yaxınlaşan zaman yanında minik maşını dayanıb. Naməlum şəxs maşının pəncərəsinin şüşəsini endirərək biznesmenə atəş açıb. Biznesmen atəşdən yayınmaq üçün kənara tullansa da, güllə onun sağ ayağına dəyib. Killer hadisə yerindən qaçıb. Biznesmen çətinliklə də olsa, mənzilinə qalxıb və təcili yardım çağırıb.
Volqoqradın Dzerjinsk Rayon Prokurorluğundan bildiriblər ki, yaralının həyatına təhlükə yoxdur. Cinayət işi başlanıb, istintaq gedir.

27 Yanvar, 2011  17:09 Baxılıb: 1932

Bu bölmədə