Simsar.az | bizi özünüzə Simsar bilin
AZAL «Domodedovo» hava limanına uçan sərnişinlərə xəbərdarlıq edib

APA-ECONOMICS. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Moskvanın «Domodedovo» hava limanına uçan sərnişinlərə xəbərdarlıq edib.

AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, «Domodedovo» aeroportunun mətbuat xidmətindən verilən məlumata əsasən, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə hava limanı kompleksinin bütün girişlərində sərnişinlərin 100%-lik yoxlanılması tətbiq olunur.

«Bununla əlaqədar, gecikmələrin və digər anlaşmazlıqların qarşısını almaq üçün sərnişinlərdən xahiş edirik ki, hava limanına gəlişlərini əvvəlcədən planlaşdırsınlar. Belə ki, təkcə qeyd olunan yoxlama təqribən 30 dəqiqə davam edir», - deyə məlumatda bildirilib.

27 Yanvar, 2011  17:00 Baxılıb: 1947

Bu bölmədə