Simsar.az | bizi özünüzə Simsar bilin
Misir Mərdanov: “Ali məktəblərdə vahid geyimin tətbiqi tezdir“

“Ali təhsil müəssisələrində vahid geyimin tətbiqinə hələ tələsmirik. Mənim adımdan bəyanatlar gedib ki, guya ali məktəblərdə vahid geyim tətbiq olunacaq. Amma hələlik bu, tezdir”.

Jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib: “İşimizi ilk növbədə orta məktəblərdə oxuyanlarla qurmağa çalışırıq. Orta məktəblərdə vahid məktəbli formasının tətbiqi işi tam başa çatandan sonra bu barədə fikirləşə bilərik. Hələ ali məktəblər barədə düşünmürük”.

Nazir deyib ki, Bakıdakı orta məktəblərdə vahid məktəbli formasının tətbiqinə başlansa da, bu prosesin bütün respublikada tətbiqi də tezdir.

27 Yanvar, 2011  17:00 Baxılıb: 1979

Bu bölmədə