Simsar.az | bizi özünüzə Simsar bilin
ATV TELEKANALININ SAHİBİ MOSKVADA GECƏ KLUBLARI AÇIR

Bu xəbəri şirkət özü yaydı

Məşhur italiyalı modelyer Roberto Kavalli Rusiyada Cavalli Clubs gecə klubları şəbəkəsi yaratmağı qərara alıb. Bu işdə Azərbaycanın ATV telekanalının banisi Sahib İbrahimov onun partnyoru olacaq, xəbəri RBC yayıb.

Bu məqsədlə İbrahimov Moskva, Sankt-Peterburq və Kiyevdə təxminən 6 mln. avro xərcləməyə hazırdır.

RBC daily-yə Roberto Kavalli və Sahib İbrahimovun birgə layihəsi haqda onların eksklüziv konsultantı olan Penny Lane Realty şirkətindən bildiriblər.

İtaliyalı modelyer 2008-ci ildən Cavalli Clubs şəbəkəsini yaratmağa başlayıb. İlk klub Florensiyada, daha sonra Milan və Dubayda açılıb. Qərbi Avropa və BƏƏ-də iş təcrübəsi kifayət qədər uğurlu alınıb, buna görə Rusiya və Ukraynanı mənimsəmək qərara alınıb, deyə Penny Lane Realty-nin daşınmaz ticarət əmlakı departamentinin rəhbəri Aleksey Mogila bildirib. Partnyorların bu ideyası bir il əvvəl yaranıb.

Sahib İbrahimov hələlik Rusiya daşınmaz əmlak bazarında təmsil olunmayıb, lakin Azərbaycanda, Dubayda və Londonda biznesi var.

Penny Lane Realty ekspertlərinin qiymətləndirmələrinə görə, bir klubun açılması üçün investisiyalar təxminən 2 mln. avro təşkil edəcək. Rusiyadakı Cavalli Clubs klublarını yerli promouterlər idarə edəcək. Moskvada ilk klub bu ilin payızında «Praqa» restoranının binasında açılmalıdır. İbrahimov və Kavalli bu binanın ikinci və dördüncü mərtəbələrini (təxminən 1,8 min kv m.) icarəyə götürmək niyyətindədirlər. 2010-cu ilin sentyabrından restoranın sahibi – Telman İsmayılova məxsus AST qrupu ilə müvafiq danışıqlar aparılır.

26 Yanvar, 2011  22:57 Baxılıb: 2293

Bu bölmədə