Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan bayrağı Gürcüstanda ucaldıldı

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğun binasında təmir işlərinin başa çatması ilə əlaqədar, yanvarın 24-də Baş Konsulluğun üzərində Dövlət Bayrağımızın ucaldılma mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Simsar”a daxil olan məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikasının sədri Levan Varşalamidze, Maliyyə və İqtisadiyyat Naziri Vaja Bolkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, habelə “SOCAR” tərəfindən yeni inşa edilmiş yanacaq doldurma məntəqəsinin təməl atma mərasimi ilə əlaqədar Batumi şəhərində qısamüddətli səfərdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, rəhbərlik etdiyi nümayəndə heyəti və yerli mətbuat təmsilçiləri iştirak ediblər.
Baş Konsul Hüseyn Nəcəfov qonaqlara binada aparılmış təmir işləri barədə məlumat verib, Konsulluğun tələblərinə uyğun bəzi yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Qonaqlar dövlət Bayrağımızın ucadılması mərasimini səmimi alqışlarla qarşılayıb, Gürcüstanın Batumi şəhərindəki Azərbaycan Baş Konsulluğunun binası üzərində Dövlət Bayrağımızın dalğalanmasının qürurverici fakt olduğu və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərində yeni bir uğurlu səhifənin açıldığı rəsmilər tərəfindən əminliklə vurğulanıb.

26 Yanvar, 2011  22:25 Baxılıb: 3392

Bu bölmədə