Simsar.az | bizi özünüzə Simsar bilin
İTALİYANIN BAŞ NAZİRİ ƏYYAŞ OLMADIĞINI DEYİR

Berlusconi aparıcını təhqir etdi

İtaliyanın baş naziri Silvio Berlusconi ətrafında qalmaqal yeni calarlar alır.

Yeni söz-söhbətlərin qızışmasının baş nazirin özü səbəb olub. O, İtaliyanın LA7 kanalında canlı yayımlanan siyasi debat proqramına zəng edərək proqram aparıcısını və debat iştirakçılarını təhqir edib.

Həmin gün canlı yayımlanan “L`İnfedele” debat-proqramının müzakirəyə çıxardığı mövzu, İtaliyadakı seks qalmaqalı idi.

Proqramda Berlusconini ittiham edən qadınlar da iştirak edirdi. Gözlənilmədən Berlusoni efirə zəng edir və proqram aparıcısı Gad Lernerlə mübahisəyə başlayır. Deyir ki, bütün bu ittihamlar yalandır, ona qarşı qarayaxma kampaniyasıdır. Bundan sonra Berlusconi proqramı və onun iştirakçılarını təhqir etməyə başlayır:

- Sizin proqram iyrənc bir formada hazırlanan murdar bir verilişdir.

Lerner ittihamlrla bağlı prokurorluğun apardığı təhqiqatı Berlusconiyə xatırladır:

- Niyə camaati təhqir edirsiz, niyə əvəzində prokurorluğa gedib izahat vermirsiz? – Onun bu sözləri Berlusconini tamamilə özündən çıxarır. Qızışan mübahisədə Berlusconi proqramı fahişəxana adlandırır.


74 yaşlı Berlusconinin canlı efirdəki qəzəbi onun vəziyyətinin nə dərəcədə ağır olduğundan xəbər verir. Debat proqramının yayımlandığı LA7 Berlusconin nəzarəti altında olmayan nadir TV kanallardan biridir. İtaliya mediasının böyük hissəsi birbaşa və ya dolayısı ilə Berlusconinin əlindədir.

Milan şəhərinin prokurorluğu parlamentə 389 səhifəlik material yönəldib və iddi edir ki, sənədlərdə Belusconinin qədim peşə sahibləri ilə cinsi əlaqədə olmasını, bu qadınlara maddi yardım göstərməsini sübut edən dəlillər var.

İttihamların mərkəzində Karima El Mahrougun adlı Mərakeşli rəqqasənin etirafları durur. O iddia edir ki, hələ 17 yaşı olanda baş nazirin evindəki eyş-işrətlərə cəlb olunub.

Berlusconi El Mahrougla hər hansı cinsi əlaqədə olduğunu inkar edir. Deyir ki, sadəcə olaraq onu ötən ilin mayında oğurluq ittihamı ilə həbs edilərkən Milan polisindən azad etdirib.

26 Yanvar, 2011  22:04 Baxılıb: 1966

Bu bölmədə