Simsar.az | bizi özünüzə Simsar bilin
“İTİRİLMİŞ TORPAQLARIN HARAY SƏSİ”

VHP Gənclər Təşkilatı “Dəmir qapı Dərbənd” mövzusunda ictimai müzakirə keçirir

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisində təsdiq olunan layihəyə uyğun olaraq bu il hərbi vətənpərvərliyin yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirmək niyyətindədir. VHP Gənclər Təşkilatından verilın məlumata görə, bu yöndə qəbul olunmuş qərara əsasən “İtirilmiş torpaqların haray səsi” adlı silsilə tədbirlər Dərbənd, Borçalı, Kərkük, Güney Azərbaycan, Qərbi Azərbaycan, Göyçə, Dərələyəz, İrəvan, Qarabağla bağlı konfranslar, ictimai müzakirələr, debatlar, elmi praktiki konfranslar təşkil olunacaq. Tədbirlərə yanvar ayının 28-dən start verilir. İlk olaraq bu məqsədlə “Dəmir qapı Dərbənd” adlı ictimai müzakirə təşkil olunacaq. Dəyirmi masada dərbəndli ziyalılar, millət vəkilləri, tarixçi alimlər, gənclər və KİV nümayəndələri iştirak edəcəklər.
Təşkilat həmçinin Dərbəndlə bağlı bloq hazırlayıb (www.derbend.wordpress.com). Bloqda Dərbəndin tarixi, bugünü, əhalisi ilə bağlı yazılar, araşdırmalar və fotolar yerləşdirilib. Bloq daim yenilənəcək. Dərbəndlə bağlı hazırlanmış slayd da bloqda yerləşdiriləcək.

Təşkilat 10 fevral 1828-ci ildə imzalanmış ədalətsiz “Türkmənçay” müqaviləsinin ildönümü ilə bağlı dəyirmi masa da keçirib. VHP-nin bu məqsədlə 2001-ci ildə BMT-yə 4 dildə (Türk, İngilis, Fransız və Rus) müaciət edərək Azərbaycana “Bölünmüş Xalq” statusunun verilməsini istəməsi və bu mşvqenin aktuallaşdırılması vurğelanıb.
VHP GT mərhum şair, milli azadlıq hərəkatının öncüllərindən olan Həsən Meracın ildönümü ilə bağlı anım tədbiri də keçirəcək. Artıq bu məqsədlə təsis olunmuş komissiya fəaliyyət göstərir. Fevral ayının 11-nə keçirilməsi nəzərdə tutulan tədbirdə Yazıçılar Birliyinin üzvləri və digər qələm adamlar, şairin yaхınlarının iştirakı gözlənilir. Tədbirdə H.Meracın yaradıcılığına, onun siyasi və ictimai fəaliyyətinə işıq salınacaq. 2011-ci ildə H.Meracla bağlı xatirələr torlusu nəşr edilməsi də nəzərdə tutulur.

26 Yanvar, 2011  21:40 Baxılıb: 1977

Bu bölmədə