Simsar.az | bizi özünüzə Simsar bilin
PUTİN BİYABIR EDİLDİ

“Wikileaks” rus variantı olan “RuLeaks” Putini yaş yuyub quru sərdi

“Wikileaks” saytının Rusiya ilə əlaqədar sənədlərini yayımlamaq üçün qurulan versiyası “RuLeaks” ilk xəbərini dərc edib. Sayta sızan xəbərə əsasən Rusiya baş naziri Vladimir Putin 2005-ci ildən bəri Qara dəniz sahilində dəyəri 1 milyard dollar olan gizli saray inşa etdirir. “RuLeaks” saytı xəbərdə yazıb: “Putin istədiyi qədər inkar etsin. Biz Praskobyevak kəndində İtaliya üslubunda sarayın rus iş adamlarının könüllü şəkildə qanunsuz yolla Putin üçün inşa edildiyini bilirik”.

“RuLeaks”ın xəbərindən sonra sarayın tikintisində işləyən fəhlənin çəkdiyi şəkillər internetə sızıb. Fotoşəkillərdə tikinti işçisinin üzünə qara zolaqlı lent örtülüb.

Malikanənin sərhədləri içərisində amfiteatr ilə üç helikopter üçün eniş zonası var. Az qala bütün divar və tavanlarda qabartma və freskalar diqqət çəkir.
İqamətgah iki mərtəbəlidir və pəncələrdən dəniz görünür. Sarayın həyətində fəvvarə var, hər tərəf kiçik parka çevrilib. Xarici görünüşü kimi sarayın daxili də olduqca böyük zövqlə və nəfis şəkildə hazırlanıb. Daxili interyerdə ayaqları qızılı olan mebellərə, iri çıraqlara, freskalarla bəzədilmiş günbəzə üstünlük verilib.

Qeyd edək ki, bir müddət əvvəl baş nazirin mətbuat katibi bu iqamətgahın Vladimir Putinə məxsus olmasını təkzib edir.

26 Yanvar, 2011  20:04 Baxılıb: 1954

Bu bölmədə