Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail hərbi kəşfiyyat rəhbərindən şok açıqlama

“İran atom silahının yaradılması üzərində işləmir”

İsrail hərbi kəşfiyyatının rəhbəri, briqada generalı Aviv Koxavi İranın hazırda atom silahının yaradılması üzərində işləmədiyini bəyan edib. 

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, İsrail parlamentinin xarici məsələlər və təhlükəsizlik komitəsində çıxış edən Aviv Koxavi deyib ki, əgər İran rəhbərliyi atom silahının yaradılmasına qərar versə, bu halda Tehrana belə bir silaha malik olmaq üçün 2 ilə qədər vaxt lazım gələcək.

İsrail hərbi kəşfiyyatının rəhbəri qeyd edib ki, söhbət İranın nə vaxt atom bombasına malik olacağından getmir: “Məsələ ondadır ki, İran rəhbərliyi nə vaxt uranın 90 faizə qədər zənginləşdirilməsinə başlanılması barədə əmr verəcək”.

Qeyd edək ki, bu vaxta qədər İsrail ənənəvi olaraq İsrail İranı atom silahı yaratmağa çağırmaqda ittiham edib.

26 Yanvar, 2011  19:17 Baxılıb: 2029

Bu bölmədə