Simsar.az | bizi özünüzə Simsar bilin
MEDVEDYEV TERRORA GÖRƏ KADR DƏYİŞİKLİYİ EDİB

İki vəzifəli şəxs istefaya göndərilib

Rusiya prezidenti Dmitri Medvedyev yanvarın 24-də Moskvanın Domodedovo hava limanında baş verən terrora görə yanvarın 26-da bu hava limanının Daxili İşlər İdarəsinin Xətt Hərəkəti İdarəsinin şöbə rəisini və onun iki müavinini işdən çıxarıb. 

Bundan başqa, Medvedyev Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin Mərkəzi Federal dairəsi üzrə rəisi general-mayor Andrey Alekseyevi də vəzifəsindən azad edib. Alekseyev bu posta 2010-cu ilin avqust ayında Medvedyevin sərəncamı ilə təyin olunmuşdu.

26 Yanvar, 2011  19:08 Baxılıb: 2058

Bu bölmədə