Simsar.az | bizi özünüzə Simsar bilin
Qətlə yetirilən 5 uşaq anasının oğurlanmış qızılları hansı univermaqda satılıb?

Simsar.az xəbər portalı mərhum Sənubər Süleymanzadənin qətli ilə bağlı təfərrüatları əldə edib...

Rayon Polis Şöbəsindən Simsar.az xəbər portalına verilən məlumata görə, Sənubər Süleymanzadə evində tamah məqsədi ilə boğularaq öldürülüb. Qətli törədən şəxs də artıq müəyyən olunub. Həmin şəxs Çələbiyev Natiq Maarif oğludur. 

Müəyyən edilib ki, N.Çələbiyev Bakının Yasamal rayonu ərazisində kirayə yaşayır və məhum S.Süleymanzədəni tanıyan adam olub. O, qətli törətdikdən sonra evdən qızıl aparıb. Qızılları isə Mərkəzi Univermaqda satıb. İstintaq qızılların kimə satılmasını da müəyyən edib. Hələlik heç kim saxlanılmayıb. Polis müvafiq yerlədə postlar qurub.

Qeyd edək ki, Sulutəpə qəsəbəsində yaşayan 60 yaşlı Sənubər Süleymanzadə evində qətlə yetirilib. Mərhumun üzərində zorakılıq əlamətləri olan meyiti yanvarın 23-də saat 20:00 radələrində aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

26 Yanvar, 2011  16:50 Baxılıb: 2174

Bu bölmədə