Simsar.az | bizi özünüzə Simsar bilin
Mercedes piyadanı öldürdü

Paytaxt ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Simsar.az xəbər portalına verilən məlumata görə, yol qəzası yanvarın 25-i saat 07:40 radələrində Ə.Rəcəbli küçəsində qeydə alınıb. 

Bakı şəhər sakini Fuad Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Sərxan Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

26 Yanvar, 2011  16:50 Baxılıb: 2198

Bu bölmədə