Simsar.az | bizi özünüzə Simsar bilin
YENƏ İNTİHAR

CAVAN OĞLAN ÖZÜNƏ QƏST ETDİ

Yanvarın 25-dən 26-na keçən gecə Gəncədə intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Gülüstan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Cəfərli Adil Əvəz oğlu özünü asıb.

O, yaşadığı evin yaxınlığındakı məktəbin həyətindəki idman meydançasında özünü turnikdən asıb.

Yaxınları 18 yaşlı oğlanı gecə saatlarında xeyli axtardıqdan sonra məktəbin həyətində asılmış halda meyitini tapıblar.

Məlumatda o da bildirilir ki, A.Cəfərli orta məktəbi keçən il bitirib və sənəd versə də ali məktəbə qəbul olumayıb. O, növbəti dəfə ali məktəbə sənəd vermək istəyirmiş və bu məqsədlə hazırlığa gedirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

26 Yanvar, 2011  15:51 Baxılıb: 2088

Bu bölmədə