Simsar.az | bizi özünüzə Simsar bilin
Sabiq müsavatçılar AXCP-yə keçmək niyyətində olmadıqlarını bəyan ediblər

“Hansısa siyasi partiyaya keçmək planım yoxdur”. Bunu Simsar-a açıqlamasında sabiq müsavatçı, professor Adil Qeybulla deyib. O bildirib ki, hansısa partiyaya keçməkdənsə, situasiya tələb edərsə, yeni partiya yaratmaq barədə düşünməyi üstün tutar.

Sabiq müsavatçı, professor Qabil Hüseynli isə Simsar-a açıqlamasında müstəqil fəaliyyət göstərmək qərarına gəldiyini deyib: “Bundan sonra çalışacağam ki, fəaliyyətimi müstəqil politoloq, siyasətçi, araşdırmaçı kimi davam etdirim. Kimlərinsə AXCP-yə keçmək fikri ola bilər, ancaq mənim belə bir niyyətim yoxdur”.

Qeyd edək ki, sabiq müsavatçılardan yalnız İbrahim İbrahimli mətbuata açıqlamasında AXCP-yə keçəcəyini istisna etməyib.

2010-cu il noyabr ayında Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyasından istefa verib. Bu ilin əvvəlində isə professorlar Qabil Hüseynli və Adil Qeybulla analoji addım atıb.

25 Yanvar, 2011  23:59 Baxılıb: 1980

Bu bölmədə