Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbər ABŞ səfirliyinin müşavirləri ilə görüşüb

Görüşdə ictimai-siyasi vəziyyət müzakirə olunub

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ səfirliyinin siyasi işlər üzrə müşavirləri Bricet Buşet və Ceymi Smitlə görüşüb. Partiyanın mətbuat xidmətindən Simsa-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda 2010-cu il parlament seçkiləri, seçkilərdən sonra ölkədə ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları məsələləri, siyasi məhbuslar, söz, mətbuat və sərbəst toplaşma azadlığı və s. haqda söhbət aparılıb.
Görüşdə həmçinin Müsavat Partiyasının 100 illik yubileyi və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

25 Yanvar, 2011  22:16 Baxılıb: 1989

Bu bölmədə