Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər azərbaycanlı qadını yaralayıblar

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonu ərazisində, qoşunların təmas xətti yaxınlığında dinc sakinə atəş açıb.

Hadisə bu gün saat 15.20 radələrində təmas xəttinin yaxınlığında yerləşən Çıraqlı kəndində qeydə alınıb. Ermənilərin açdığı atəş nəticəsində kənd sakini, 1952-ci il təvəllüdlü Aslanova Aidə Kamil qızı yaralanıb. Qarın və aşağı ətraf nahiyələrindən bir neçə güllə yarası alan qadın Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstəriləndən sonra Hərbi Hospitala yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

25 Yanvar, 2011  21:44 Baxılıb: 1978

Bu bölmədə