Simsar.az | bizi özünüzə Simsar bilin
İnternet mediasının Ümumrespublika Forumu keçiriləcək

Portallardan Mətbuat Şurasına şikayətlər var

Mətbuat Şurası mart ayında internet media qurumlarının Ümumrespublika Forumunu keçirməyi planlaşdırır. Simsar.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, foruma bütün yeni media vasitələri dəvət ediləcək. 
“Yeni media artıq Azərbaycanda təşəkkül tapır. Artıq biz bu sahədə olan internet portallarından şikayətlər almağa başlamışıq. Odur ki, bütün bunların birgə müzakirəsinə ehtiyac yaranıb”-deyə Ə.Amaşov vurğulayıb. Mətbuat Şurası bununla bağlı Məsləhət Şurası yaradaraq internet portal rəhbərlərini bura toplamaq və qarşılıqlı əməkdaşlıq şəraitində işləmək istəyir.

25 Yanvar, 2011  21:14 Baxılıb: 2037

Bu bölmədə