Simsar.az | bizi özünüzə Simsar bilin
KÜRDƏMİR YOL POLİSİNDƏN PREZİDENTƏ ŞİKAYƏT

Rayon sakini oğlunun polis tərəfindən döyülməsinin ört-basdır edildiyini bildirir 

Dövlət Yol Polisi İdarəsinin Kürdəmir şöbəsinin əməkdaşı Ruslan Talıbov tərəfindən fiziki təzyiqlərə məruz qaldığı iddia edilən Şakir Abbasovun atası Yadigar Abbasov prezidentə müraciət etmək istəyir. Y.Abbasov bildirir ki, hərbi xidmətdən məzuniyyətə gələn oğlu Şakir Abbasov mağazaya girdiyi zaman polis onu saxlayıb, sürücülük vəsiqəsini tələb edib. Şakir Abbasovda vəsiqəsini təqdim edib. Bundan sonra polis ondan atomobilin açarını tələb edib. Buna səbəb isə sürücünün etibarnaməsinin olmaması olub. Şakir Abbasov isə 10 SB 853 nömrəli dövlət nişanlı, BMV markalı maşının ona deyil, atasına məxsus olduğunu, açarın da atasında olduğunu bildirib. Bundan sonra polis əməkdaşı Şakir Abbasovu döyərək ondan açarı tələb eləməyə başlayıb. Hadisə Kürdəmir rayonunun «dördyol» adlanan ərazisində baş verib. Bundan sonra Şakir Abbasov Kürdəmir Rayon Prokurorluğuna şikayət edib.
Prokurorluq isə cinayət işi açmaq əvəzinə məsəlini ört-basdır etməklə məşğul olub. Həkimdən saxta rəy alan prokurorluq Ş.Abbasovun heç bir təzyiqə məruz qalmadığını iddia edib və işi bağlayıb. Ş.Abbasovun atası prokurorluğun hərəkətsizliyindən şikayətlənir: «Kürdəmirdə yol polisi ilə prokurorlar həmrəylik nümayiş etdirirlər və şikayətləri araşdırmırlar».
Y.Abbasov baş verənlərlə bağlı prezidentə müraciət etmək fikrindədir.

RAMİN

25 Yanvar, 2011  19:53 Baxılıb: 2220

Bu bölmədə