“Eurovision-2011”-də Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçiriləcək final mərhələsində üç iddiaçı yarışacaq
Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin finalında üç ifaçı mübarizə aparacaq. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsini müdiri Tahir Məmmədov Simsar-a bildirib ki, yanvarın 28-də, yəni cümə günü final konsertində təmsilçilik adı uğrunda yarışacaq üç ifaçının adı məlum olacaq. T.Məmmədov deyib ki, finalçılar İctimai Teleradionun “Eurovision Azərbaycan” verilişində canlı yayımda məlum olacaq. Finalçılar İlhamə Qasımova, Aynişan Quliyeva, Eldar Qasımov, İlqarə İbrahimova və Nigar Camal arasından seçiləcək.
25 Yanvar, 2011 18:50 ⁄ Baxılıb: 2137
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |