Simsar.az | bizi özünüzə Simsar bilin
1 nəfər ölüb, 6 nəfərsə zəhərlənib

Yanvarın 24-də Azərbaycanın müxtəlif yerlərində 7 nəfər dəm qazından zəhərlənib.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakinləri, Ratmir Əliyev, Kamilə Zeynalova, Natəvan Baxşəliye, Nəzakət Həsənova, Zaur Nəcəfov və Kəpəz rayon sakini Günay Mərdanova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətirilib.


Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yanvarın 25-də isə digər Sumqayıt sakini Mehriban Həsənova dəm qazından boğulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır

25 Yanvar, 2011  18:27 Baxılıb: 1985

Bu bölmədə