Simsar.az | bizi özünüzə Simsar bilin
Polis şöbəsinin təcridxanasından 2 nəfər qaçıb

Azərbaycanda müxtəlif cinayətlərdə təqsirləndirilən iki nəfər polis şöbəsinin təcridxanasından qaçıb.

Hadisə dünən gecə Göyçay Rayon Polis Şöbəsində qeydə alınıb. Şöbənin müvəqqəti saxlanma təcridxanasında saxlanılan iki nəfər polis naryadına müqavimət göstərərək, oradan qaçıblar. Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda həmin şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir. 

Göyçay Rayon Polis Şöbəsindən Simsar-a faktı təsdiqləyiblər. Bildirilib ki, qaçan şəxslərdən biri Cinayət Məcəlləsinin 177-ci (oğurluq), digəri isə 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək saxlanılan şəxslər olub. İstintaq sirri olduğundan həmin şəxslərin adları açıqlanmır.

25 Yanvar, 2011  18:27 Baxılıb: 1971

Bu bölmədə