Simsar.az | bizi özünüzə Simsar bilin
Zaqatala ərazisində avtomobildən külli miqdarda narkotik vasitə tapılıb

Üç nəfər saxlanılıb.

Zaqatala rayonu ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb. Simsar-ın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə dünən günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının 128-ci kilometrliyində qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları yolla hərəkət edən “Mercedes-190” markalı, 90 BU 184 dövlət nömrə nişanlı avtomobili saxlayaraq ona baxış keçirən zaman oradan 3 kiloqram 200 qram narkotik vasitə hesab olunan herion aşkarlayıblar. 
Avtomobilin sürücüsü Bakı şəhər sakini İsayev Vüqar Lətif oğlu, onun sərnişinləri - Balakən rayonunun Gərəkli kənd sakini Umarov Rahib Nizrov oğlu və Bakı sakini Şahverdiyeva İlhamə Məhəmməd qızı saxlanılaraq Zaqatala rayon Polis Şöbəsində təhvil veriliblər.

25 Yanvar, 2011  18:02 Baxılıb: 2513

Bu bölmədə