Simsar.az | bizi özünüzə Simsar bilin
MOSKVADAKI PARTLAYIŞDA AZƏRBAYCANLILARDA YARALANIB

Partlayış nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşının olduğu da bildirilir.

Son məlumata görə, partlayış nəticəsində yaralananlar arasında 1 Azərbaycan vətəndaşı da var. Bu haqda «Rossiya 24» telekanalı məlumat yayıb.

Domodedovo hava limanında baş vermiş terror aktı nəticəsində həlak olanlardan 25 nəfərin siyahı açıqlanıb:

1. Xaknazarov Murat Xudaynazaroviç, 1987-ci il, Qırğızıstan vətəndaşı,
2. Xripakov Andrey Vladimiroviç, 1967-ci il,
3. Qarkin İqor Alekseyeviç, doğulduğu il məlum deyil,
4. Babarıkin Vladimir Arkadyeviç, 1967-ci il,
5. Belousov Valeri İvanoviç, 1967-ci il,
6. Kousland Qordon Kempbell, 1971-ci il, Böyük Britaniya vətəndaşı,
7. Pustovalov Boris Vladimiroviç, 1949-cu il.
8. Minderop Xendrik, 1976-cı il, Almaniya vətəndaşı,
9. Matveyev İlya Yevgenyeviç, 1966-cı il,
10. Jabarov Sobir Muxamadjanoviç, 1963-cü il, Tacikistan vətəndaşı,
11. Baybuz Kirill Yuryeviç, 1987-ci il,
12. Dubovitski Viktor İvanoviç, 1972-ci il,
13. Qataullin İldus Yunusoviç, 1974-cü il,
14. Maşutina Anna Qriqoryevna, 1981-ci il,
15. Şişkin Konstantin Konstantinoviç, 1959-cu il,
16. Yurkaşu Nikolay Vasilyeviç, 1924-cü il,
17. İzmaylov Vadim Gennadyeviç, 1964-cü il,
18. Budraşov Kirill, 1972-ci il, İngiltərə vətəndaşı,
19. Permyatin Viktor Mixayloviç, 1961-ci il,
20. Babenko Marina Aleksandrovna, 1965-ci il,
21. Şmatko Viktor Trofimoviç, 1957-ci il,
22. Siqbatullin Rinat Şafikoviç, 1966-cı il.
23. Koçerqin Nikolay Pavloviç, 60-65 yaşlarında,
24. Lapşov Denis Anatolyeviç, 1973-cü il.
25. Mombetov Orikbay Rametoviç, 1965-ci il, Özbəkistan vətəndaşı.

*****

Ölənlər arasında 6 əcnəbinin olduğu təsdiqlənib. Onlar Böyük Britaniya (2 nəfər), Almaniya, Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır.
Hazırda xəstəxanalarda ümumilikdə 110 yaralının olduğu bildirilir. Onlardan 39-nun vəziyyəti ağır, 4-nün durumu isə xüsusilə ağırdır.

Bu arada partlayışla bağlı müxtəlif versiyalar səsləndirilməkdə davam edir. «İnterfaks»ın məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbə kamikadzenin qadın olduğunu iddia edir. «Partlayışın episentrinə yaxın olmuş şahidlərdən biri bildirir ki, o, çadraya bürünmüş qadının yükünün necə partladığını görüb», - deyə mənbə bildirib.
Məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.
Digər mənbə isə hadisə yerindən «ehtimal olunan terrorçu kişinin» bədən hissələrinin tapıldığını bildirir.

25 Yanvar, 2011  16:07 Baxılıb: 2066

Bu bölmədə