Simsar.az | bizi özünüzə Simsar bilin
ÖLKƏMİZDƏ DƏHŞƏTLİ XƏSTƏLİKLƏRİN SAYI ARTIB

Göyöskürək, bakterial dizenteriya, quduzluq və tənəffüs orqanlarının vərəmi...

Bu ilin əvvəlinə Azərbaycanda 33 min həkim və 63,5 min orta tibb işçisi çalışan 760 xəstəxana və 1 694 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərib. Ölkə əhalisinin hər 10 min nəfərinə 37 həkim və 71 orta tibb işçisi düşüb.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib. Ötən ilin yanvar-noyabr aylarında ölkədə epidemik parotit ilə xəstələnənlərin sayı – 47%, viruslu hepatit ilə - 35%, sifilis ilə xəstələnənlərin sayı isə 23% azalıb, difteriya, qızılca, anadangəlmə məxmərək və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmayıb. Bununla belə, göyöskürək, bakterial dizenteriya, quduzluq və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı bir qədər artıb.

25 Yanvar, 2011  15:48 Baxılıb: 2789

Bu bölmədə