Simsar.az | bizi özünüzə Simsar bilin
Moskvanın “Domodedovo” hava limanı partladıldı

Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb

Moskvanın “Domodedovo” hava limanında terror aktı həyata keçirilib. Simsar.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə onlarla adam ölüb və yaralanıb.

“İnterfaks” agentliyinin məlumatına görə, partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər isə yaralanıb. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Şahidlər bildirirlər ki, partlayış baqajların təhvil verilmə zonasında həyata keçirilib. Hazırda həmin ərazidə güclü tüstülənmə var.

24 Yanvar, 2011  23:18 Baxılıb: 2215

Bu bölmədə