Simsar.az | bizi özünüzə Simsar bilin
Fərhad Bədəlbəylinin səhhətində problem yarandı

O, Qazağıstan səfərini taxirə salmalı oldu

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələrinin musiqi akademiyalarının rektorlarının toplantısında iştirak etməyib. Bunu APA-ya açıqlamasında BMA rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. O bildirib ki, bu toplantıya dəvət olunsa da, qatılmaq imkanı olmayıb. Səfərin baş tutmamasına səbəb musiqiçinin səhhətində yaranmış problemlərdir.
Qeyd edək ki, yanvarın 21-i və 22-də Qazaxıstanda MDB musiqi akademiyalarının toplantısı keçirilib. Toplantıda MDB ölkələrində fəaliyyət göstərən musiqi akadmeiyaların mövcud problemləri müzakirə edilib.

24 Yanvar, 2011  23:18 Baxılıb: 2164

Bu bölmədə