Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstanın ilk prezidentinin öldürüldüyü açıqlanıb

18 illik müəmma

“Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiya özünə qəsd etməyib, öldürülüb”. Bunu Z. Qamsaxurdiyanın ölümünü araşdıran parlament komissiyasının sədri, sabiq prezidentin oğlu, parlamentdə müxalifət fraksiyasını təmsil edən Konstantin Qamsaxurddiya bəyan edib. O bildirib ki, bir neçə ay ərzində aparılan araşdırmalar belə qənaətə gəlməyə əsas verir ki, prezident qətlin qurbanı olub. 

Xatırladaq ki, Z. Qamsaxurdiya 1993-cü il dekabrın 31-də gizləndiyi Sameqrelo vilayətinin kəndlərinin birində müəmmalı şəkildə ölüb. Onun həbsin qaçılmaz olduğunu anlayaraq özünü tapança ilə vurduğu bildirilmişdi.

Parlament komissiyası hesab edir ki, Zviad Qamsaxurdiya o vaxtkı Gürcüstan rəhbərliyinin tapşırığı, yaxud da Rusiya xüsusi xidmət orqanlarının təşəbbüsü ilə qətlə yetirilib.

24 Yanvar, 2011  23:04 Baxılıb: 1927

Bu bölmədə