Simsar.az | bizi özünüzə Simsar bilin
AŞPA parlament seçkisinə qiymət verdi

Azərbaycanda ümumi demokratik konsensusun əldə edilməsi üçün daha çox iş görülməlidir

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda ötən ilin noyabrında keçirilmiş parlament seçkinin müzakirəsi başlayıb. Seçkiləri müşahidə missiyasından Tadeusz Iwinski çıxışında bildirib ki, ümumilikdə bu seçki prosesi AŞ AP-nın standartlarına əməl edilməsi sahəsindəı irəliləyiş olub. Amma müşahidə missiyası hesab edir ki, Azərbaycanda ümumi demokratik konsensusun əldə edilməsi üçün daha çox iş görülməlidir:

- Seçki günü ümumilikdə sakit şəraitdə keçib. İctimai TV-də hər bir namizədə 4 dəqiqə efir vaxtı verilib. O biri tərəfdən də xarici ölkələrdə yaşayan xeyli sayda azərbaycanlı öz ölkələrinə dönmədən səs verə bilməyiblər. Namizədlərin bir qismi qeydə alınmayıb. Biz siyasi partiyaların bu seçkidə fəal iştirakını görmədik. Komitə səslərin saxtalaşdırılması, namizədlərə təzyiqlər və hakimiyyədən sui-istifadə barədə şikayətlər daxil olub.

Müzakirələr zamanı çıxış edən Azərbaycanda insan haqları üzrə keçmiş həmməruzəçilər Andreas Qross və Andreas Herkel Azərbaycanda bu parlament seçkisndə demokratik normala əməl olunmadığını deyiblər.

İngiltərə və Rusiyadan olan deputatlar isə Azərbaycanın seçki prosesində uğurlar olduğunu deyiblər.

Azərbaycanın nümayəndə heyətindən Fəzail İbrahimli isə çıxışında diqqəti Qarabağ münaqişəsinə yönəldərək bildirib ki, seçki bu münaqişənin yaratdığı gərginlik mühitində keçirilib.

Müzakirələr hələlik davam edir.

Ötən həftə Azərbaycan fəaliyyət göstərən 20 insan haqları təşkilatının rəhbəri də bu seçki ilə bağlı AŞ PA-ya müraciət edib. Müraciəti imzalayan vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, ATƏT və AŞPA missiyalarının rəhbərləri Volfqanq Qrossruk və Paul Ville noyabrın 8-də mətbuat konfransında Missiyanın ilkin qiymətləndirməsindən kənara çıxıblar və qeyri-obyektiv olublar. Ona görə də AŞ PA bununla bağlı Azərbaycan ictimaiyyətinə öz mövqeyini ifadə etməlidir.

24 Yanvar, 2011  23:04 Baxılıb: 1985

Bu bölmədə