REJİSSORLARA MEYDAN VERİLDİ
Dram Teatrında bir tamaşa hazırlayan rejissorlar 2000-7000 manat arasında qonorar alacaq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bir tamaşa hazırlayan rejissora 2000-7000 manat arasında qonorar veriləcək. Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov deyib. Rejissor bildirib ki, qonorarın miqdarı hazırlanacaq tamaşanın yükünün ağırlığı ilə müəyyənləşəcək: “Bu qonorarı biz özümüz müəyyənləşdirməmişik. Əlbəttə, mən tamaşanın yükünə baxacağam və öz təklifimi deyəcəyəm. Yəqin ki, əcnəbi rejissorlara da verilən qonorar belə olacaq. Ancaq əcnəbi rejissorların qonorarı haqqında bizə bilgi verməyiblər”.
24 Yanvar, 2011 22:54 ⁄ Baxılıb: 2154
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |