Simsar.az | bizi özünüzə Simsar bilin
«Azərbaycanda insan haqlarının vəziyyəti pis olaraq qalır»

2010-cu ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti pis olaraq qalıb.

«Human Rights Watch» təşkilatının 2010-cu ildə dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabatının Azərbaycana aid hissəsində belə deyilir. 

Hesabatda bildirilir ki, hökumət müxalif fikri ifadə edən jurnalistləri qorxutmaq və cəzalandırmaq üçün müxtəlif cinayət işlərindən istifadə edib.

Jurnalist Eynulla Fətullayev yalançı cinayət işi üzrə həbsxanada qalmaqda davam edir.

Noyabrın 7-də parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib. Başqa ciddi problemlər, o cümlədən din, toplaşma və təşkilatlanma azadlıqlarına qoyulan məhdudiyyətlər, eləcə də həbsxanalarda işgəncə və pis rəftarla bağlı problemlər də qalmaqdadır.

İnsan Haqları üzrə Avropa Məhkəməsi Eynulla Fətullayevi həbs etməklə Azərbaycanın ifadə azadlığını pozması haqqında qərar çıxarıb. Onun dərhal azad olunmasını tələb edib.

24 Yanvar, 2011  20:05 Baxılıb: 1895

Bu bölmədə