Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınan əcnəbilərin sayı artıb

2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28 faiz artıb.

Ötən il əlavə olaraq 2228 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Yanvarın 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 195 nəfər təşkil edir. DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arsaında Türkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edir. 

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1358 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (337 nəfər), Hindistan (250), Çin Xalq Respublikası (145), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (106), Ukrayna (87), Pakistan İslam Respublikası (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (73), Qazaxıstan (67), Türkmənistan (55), ABŞ (55) və s. ölkələr gəlir.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

24 Yanvar, 2011  18:01 Baxılıb: 2103

Bu bölmədə