Simsar.az | bizi özünüzə Simsar bilin
Kişi xəyanətini bağışlamaq olarmı?

Nəsrəddin Tusi: “Heç bir qadın, heç bir kişi sənin həyat yoldaşını əvəz edə bilməz!”

Son dövrlər ailələrin dağılmasının əsas səbəblərindən biri də kişi və ya qadının həyat yoldaşına xəyanətilə bağlıdır. Xəyanət ərəb sözü olub, mənası bağlanılmış əhdin, razılığın şərtlərini pozmaq deməkdir. Bir çox ölkələrin qanunvericiliyinjə ailədaxili xəyanətlə bağlı maddələr var. Məsələn, Rusiyada əgər ailə hansısa tərəfin günahı ucbatından dağlırsa, xəyanət edənin əmlakı xəyanət qurbanının adına köçürülür. Bizim Ailə Məcəlləsində isə xəyanətlə bağlı hansısa maddə nəzərdə tutulmayıb. 
Məhkəmələrdə boşanma məsələlərinə baxılarkən xəyanət faktoru nəzərə alınmır.
Azərbaycanda gənclər ailə qurarkən kəbin kəsib nikah bağlayırlar, qoşa qarıyacaqlarına dair əhdi-peymanlaşırlar. Bu əhdi-peymana daha çox qadınlar riayət edirlər desək yəqin ki, yanılmarıq. Kişi istənilən vaxt razılığı pozub qadınına xəyanət edə bilər. Hətta qadınların ən ideal, ağıllı saydıqları kişilər xüsusilə də, xarici səfərlərdə olarkən bir-iki gecəlik də olsa, yaşamaq üçün qadın axtarışında olurlar. Axı xaricdə azərbaycanlı deputatı, eksperti, media nümayəndələrini tanıyan yoxdur. Kişilər «dərə xəlvət tülkü bəy» deyib fürsəti fövhtə vermək istəmirlər. Düşünürlər ki, belə bir imkan onlara bir də çətin düşər. Amma kişilər başqa qadınla olarkən bunu həyat yoldaşlarına xəyanət olaraq etmirlər. Sadəcə, əylənmək və bir az da fərqliliyi duymaq istəyirlər. Kişilər buna öz aralarında «suyu dəyişmək» adını vermirlər. Belələri üçün başqa qadınla olmaq hansısa məclisdə araq içib keflənmək kimi bir şeydir. Bu o demək deyil ki, kişi evindəki qadını sevmir və ya artıq ondan bezib. İstənilən halda, kişi öz həyat yoldaşını bütün qadınlardan üstün və müqəddəs sayır. Evli kişi gəzdiyi qadınla başqa birisini birlikdə gördükdə hansısa qısqanclıq hissi keçirmir. Amma öz xanımına az qala hər şeyi qısqanır. Qadınlardan fərqli olaraq heç bir kişi həmcinsini «sən niyə başqa qadınla olursan» kimi qınaq obyektinə tutmur. Bunu nəinki normal, hətta kişinin üstünlüyü kimi qiymətləndirənlər də var. Necə deyərlər bacarana can qurban. Burada da istisnalar var. Əgər kişi həyat yoldaşının gözü qarşısında yaxud da başa düşdüyü halda başqası ilə olursa bu, hətta kişilər arasında yaxşı hal sayılmır, buna hər kəs pis baxır. Xüsusilə də, başqası sayılan qadın kişinin ailəsinin tanışıdırsa, qonşuluqda yaşayırsa, bunun adı pis səslənir.
O kişi ki, ailə həyatı qurandan sonra başqa qadınla olmayıbsa, bu həmin kişinin heç də tərbiyyəli olduğunu göstərmir. Sadəcə, həmən kişi qadınların diqqət mərkəzində olmayıb və ona hansısa təklif irəli sürülməyib, yaxud da özü fərasətsiz olub.ı
Kişilər çox şeyi istəyir, amma hamısını bacarmır, qadınlar isə əksinə, çox şeyi bacarır, lakin istəmir. Qadınlardan fərqli olaraq kişilər nəfslərinə sahib ola bilmirlər.
Bəlkə də, bütün bunlara görədir ki, kişilərə iki-üç arvad almağa İslamda icazə verilir.
Azərbaycanda hətta ən dindar qadınlar ərlərinin İslam şəriətinə uyğun olaraq iki-üç arvad almasına razı olmaz, bunu özünə təhqir hesab edərlər. Söhbət az-çox savadı, dünyagörüşü olan qadınlardan gedir.
Qadınların kişilərin başqa qadınla olmalarına münasibətləri müxtəlifdir. Məsələn, gənc ailələrdə qadın kişinin başqası ilə olmasını heç cür qəbul etmək istəmir. Gənc ailəli qadın ərinin həyat qatınları ilə olmasını özünə qarşı xəyanət sayır və bir çox hallarda boşanmaq qərarına gəlir.
Bəziləri isə düşünür ki, kişi yalnız 40-45 yaşlarından sonra başqa qadınlarla ola bilər. Bu yaşda olan qadınlar ərlərinin bu kimi işlərinə əhəmiyyət vermir.
Onlarda kişilərlə bağlı «ailəsini saxlasın, kənar yerdə nə hoqqadan çıxırsa, çıxsınlar» kimi yanaşmalar mövcuddur.
Bizdə, hətta inkişaf etmiş Avropa ölkələrində də belə bir yanaşma var. Qadın xəyanətinin bəraəti yoxdur. Ərinə xəyanət edən qadın ən yaxşı halda boşanır. Onun adı ləkələnir, ailə həyatı puç olur, ata-anası xəcalət çəkir, əri yoldaşları arasına çıxa bilmir. Amma başqası ilə gəzən kişiyə bu qədər ictimai təpki, təzyiqlər olmur. Acı reallıq da olsa, kişi xəyanətinə haradasa bəraət qazandırırlar. Faktır ki, nə qədər üstünlüyü olsa belə, bu və ya digər formada xəyanətkarlıq etmiş kişinin ailəsində psixoloji böhran özünü göstərir. Bu xəyanətkarlıq boşanma ilə nəticələnməsə belə qadın ərinə əvvəlki gözlə baxmır, ürəklə yanaşmır.
Dahi Azərbaycan filosofu Nəsrəddin Tusinin dediyi kimi, heç bir qadın, heç bir kişi sənin həyat yoldaşını əvəz edə bilməz!

AYNURƏ

24 Yanvar, 2011  17:07 Baxılıb: 2505

Bu bölmədə