Simsar.az | bizi özünüzə Simsar bilin
«Mozalan» kino-jurnalı üçün ssenari müsabiqəsi élan edilib

Müsabiqə mayın 1-də sona çatacaq

“Mozalan” kino-jurnalına ictimai diqqəti artırmaq üçün ssenari müsabiqəsi elan olunub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə müsabiqədə professional kino-dramaturqlar və digər müəlliflər iştirak edə bilərlər. Mayın 1-dək keçiriləcək müsabiqəyə təqdim olunan ssenarilər müasir həyatımızın problemlərini əks etdirməlidir. 
Hər iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər. Şərtlərə görə ssenarilər 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulmalı, işin həcmi 12 ölçülü şriftlə yığılmalı və bir səhifədən artıq olmamalıdır.
Münsiflər heyətinin seçəcəyi beş qalib ssenari “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcəkdir.
Qaliblərin adları mayın 15-dək www.mct.gov.az saytında və «Mədəniyyət» qəzetində açıqlanacaq.
Müsabiqənin keçirilməsində məqsəd “Mozalan” kino-jurnalının süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirməkdir.

24 Yanvar, 2011  16:50 Baxılıb: 2398

Bu bölmədə