Simsar.az | bizi özünüzə Simsar bilin
Yeddiqat Azərbaycan çempionunu öldürənlər tutulub

Karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionu olan Samir Ağayevi baltalayıblar

Yanvarın 22-də saat 01:00 radələrində Bakıda Samir Ağayevi baltalayaraq öldürən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində S.Ağayevin paytaxt sakinləri Rasim Mirzəyev və Nemət Cəfərov tərəfindən öldürüldüyü məlum olub.

Bakı şəhər BPİ CAİ, Yasamal RPİ CAŞ, Sabunçu RPİ CAŞ və 13-cü PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən hər iki şəxs tutulub.

Qeyd edək ki, qətlə yetirilən Samir Ağayev karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionudur. O, Böyük Qafqaz dağlarındakı Heydər Əliyev zirvəsinə çıxan ilk şəxs kimi də tarixə düşüb.

Araşdırma aparılır.

24 Yanvar, 2011  16:38 Baxılıb: 2107

Bu bölmədə